İtaliyan qız özü ilə evləndi – DƏBDƏBƏLİ TOYDAN FOTOLAR
40 yaşlı italyan xanım "ağ atlı şəhzadəsini" daha uzun gözləmək niyyətində olmadığını bildirib.
AzNews.info İtaliya mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı Laura Mesi hələ uşaqlıqdan dəbdəbəli toy, möhtəşəm ağ gəlinlik və sairə arzusunda olub. Buna rəğmən, uzun müddət öz yarını tapa bilməyən xanım, qürurla evlilik məqamına tək qədəm qoyan ilk İtaliyalı adını qazanıb.
"Özümə söz vermişdim ki, 40 yaşına qədər ərə gedəcəm. Alınmadı. Lakin, heç kim inanmazdı ki, mən özüm özümlə evlənə bilərəm. Fevralda hazırlıqlara başladım, keçən bazar ertəsi isə Misirdən, tək keçirdiyim bal ayından qayıtdım." - bu sözləri Laura "Il Giorno" nəşrinə verdiyi müsahibəsində bildirib.
"Əslində, mən tam normal cinsi baxışları olan, geteroseksual bir qadınam. Kimlərsə məni qınaya bilər, lakin mən əminəm ki, pis bir şey etməmişəm. Sadəcə arzumu reallaşdırmışam" - deyə özünə möhtəşəm toy edən Laura bildirib.
Mənbə:> AzNews.info