Rusiyada otel yanır - İnsanlar özünü eyvandan atır - – FOTO
Rusiyada oteldə yanğın olub.
Yanğın Rostov-na-Donda 10 mərtəbəli binada qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, alov qısa zamanda ətrafa yayılıb və ərazidə dayanmış 4 maşın yanıb. Bildirilir ki, yanğın təxminən 800 kvadratmetr ərazini əhatə edir.
Sosial şəbəkədə yayılan görüntülərdə insanların yanğından qaçmaq üçün özlərini hündür mərtəbədən atdıqları görünür.
FHN-nin Rostov əyaləti üzrə Baş İdarəsinin nümayəndəsi bir nəfərin öldüyünü açıqlayıb.
Mənbə:> Qafqazinfo.az