Sumqayıtda borclu kişinin başına oyun açdılar – VİDEO (YENİLƏNİB)
Kuryoz hadisə Sumqayıt şəhəri 48-ci məhəllədə yük avtomobillərinin saxlandığı ərazidə baş verib.
AzNews.info Xəzərxəbər-ə istinadən xəbər verir ki, yaxınlıqda olan sakinlər də hadisənin baş verdiyini təsdiqləyir.
Sakinlər bildirdilər ki, o vaxtdan sonra həmin ərazidə nə borclu olan şəxsi nədə ki, kran sürücüsünü görən olmayıb.
"XəzərXəbər” həmin avtomobilin sürücüsü Elxan adlı şəxslə əlaqə saxlayıb, amma o, deyilənlərin yalan olduğunu bildirib.
Məsələ ictimailəşdiyindən, yəqin ki, hüquq mühafizə orqanları baş verənlərin doğru olub olmadığını araşdıracaq.
14:58
Bir neçə gün əvvəl Sumqayıtda qəribə hadisə baş verib.
AzNews.info BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto və məlumat paylaşılıb.
Qeyd olunur ki, hadisə avqust ayında hərarətin 42-43 dərəcəyə çatdığı bir vaxtda olub.
“Bizim məhəlləyə yaxın bir ərazidə yükqaldıran avtomobillər durur. Bir gün şəkildə gördüyünüz avtomobilin ətrafında çoxlu adamların toplaşdığını gördüm. Yaxınlaşanda qaldırıcı kranın zənbil hissəsində bir insan qaldırıldığını gördüm. Səbəbini soruşdum. Dedilər o zənbildəki adamın sürücüyə borcu var, vermədiyi ücün onu qaldırıb ora və deyib ki, zəng elə pulumu gətirsinlər, düşürüm çıx get. Mən günorta oradan keçəndə gördüm ki, o zavallı hələ də göydədir və yaxınları da ətrafında. Soruşdum nə oldu borcu, qaytarmadı? Dedilər yox, sürücüyə zəng çatmır. Axşam marağa bir də baş çəkdim gördüm vəziyyət dəyişməyib və yenə sürücüyə zəng çatmır. Tezdən duran kimi getdim ki, görüm yazıq nə edir. Gördüm adam da, avtomobil də yoxdur. Soruşdum necə oldu. Dedilər tezdən sürücü gəlib deyib ki, “ə ..mən 30 manatın acı deyiləm, hamıya göstərmək istəyirdim ki sən... Çıx get, bir də belə iş görmə”, - deyə sosial şəbəkə istifadəçilərindən biri yazıb.
Məsələnin digər maraqlı tərəfi budur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı heç bir tədbir görməyiblər.
Mənbə:> Oxu.Az