Bakının mərkəzindən cadu tapıldı – VİDEO
Qəbiristanlıqlardan cadu tapılması xəbərləri ilə tez-tez rastlaşırırq. Bu dəfə isə cadu qəbiristanlıqda yox, şəhərin mərkəzində tapılıb.
AzNews.info-nun Xezerxeber.az-a istinadən məlumatına görə, bir xanıma qarşı edilmiş cadu ağacın gövdəsində bükülü şəkildə tapılıb. Bükülünün içini açanda, Kəmalə adlı bir xanıma kim və ya kimlərsə tərəfindən cadu edildiyi məlum olub.
Şəklin üzərinə müxtəlif iynələr keçirilib. Qara sapla isə şəklin üstü örtülərək müxtəllif maddələr tökülüb.
Şəklin arxa hissəsi də önü kimi saplarla bağlanıb. Hətta bu azmış kimi şəklin arxasına kiril hərfləri ilə "Kəmalə, ərə getmə" deyə yazılar yazılıb.
Məsələ ilə bağlı ilahiyyatçıların fikrini öyrəndik.
Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin əməkdaşı Ağasəid Yaqubovun sözlərinə görə, cadu hər zaman olub və günümüzdə də bir bəlaya çevrilib. Sadəcə, bunun təsirinə düşməmək üçün insanların bir nüansa əməl etmələri kifayət edir.
İlahiyyatçının sözlərinə görə, bu əməli edənlərin cəzası həm bu, həm də o biri dünyada çox böyükdür.
Ümumiyyətlə, kiminsə taleyi ilə bu şəkildə oynamaq insanlığa yaraşmayan haldır.
AzNews.info mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Mənbə:> XəzərXəbər