Falçıya inandı, başına iş açdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Falçıya inandı, başına iş açdı – VİDEO

Falçıya inandı, başına iş açdı

Sevdiyi qızla barışmaq üçün falçıya müraciət edən gənc əks effektlə üzləşib.
Xezerxeber-inn məlumatına görə, tragikomik hadisə Bakıda baş verib.

23 yaşlı Elmin Məmmədov sevdiyi qızla arasındakı münasibətləri yaxşılaşdırmaq falçıdan dua yazmasını istəyib. Lakin bundan sonra vəziyyət daha da pisləşib.

E.Məmmədov bildirib ki, falçının adını və ünvanını dostlarından alıb.

Onun sözlərinə görə, falçı qardaşlardan biri “dua yazmaq”la, digəri isə “cadu etmək”lə məşğuldur.

Xəzər TV-nin əməkdaşları məsələni aydınlaşdırmaq üçün Binəqədi rayonu Biləcəri qəsəbəsindəki evində xidmət göstərən falçı qardaşlarının evinə üz tutublar. Lakin ev sahibləri iddiaçı ilə birlikdə müxbirlərə də qapıdan içəri girməyə imkan vermədilər.

Sonradan qapı arxasından sualları cavablandırmağa razılaşan 60 yaşlı falçı bildirib ki, bu iş onların ailə peşəsidir. Hətta atası babası belə bu işlə məşğul olub.

Onun sözlərinə görə, əvvəllər qardaşı ilə bu işlə məşğul olublar, lakin polisin xəbərdarlığından sonra əməllərindən əl çəkiblər.

Mənbə: XəzərXəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *