Qurbanlıq heyvanları gül mağazasında bəzədilər – VİDEO
Qurbanlıq heyvanların bəzədilməsi artıq dəb halını alıb. Elə bu il də istər sosial şəbəkələrdə, istərsə də qurbanlıq heyvanların satıldığı məntəqələrdə belə mənzərələrlə rastlaşırıq.
AzNews.info xezerxeber-ə istinadən xəbər verir ki, adətdəndir, əgər nişanlı cütlük varsa, oğlan evi qız evinə qurbanlıq heyvan alıb, aparar. Əgər bir vaxtlar qız evinə aparılan qurbanlıq heyvanın boynuna qırmızı lent bağlanardısa, indi qurbanlıq heyvan əməlli başlı bəzədilir.
Bəziləri isə qurbanlıq heyvanları həm diri, həm də kəsilmiş vəziyyətdə satış məntəqələrindən alıb, üz tuturlar gül mağazalarına. Çünki belə məkanlarda heyvanlar daha peşəkarcasına bəzədilir. Kəsilmiş, soyulmuş və doğranmış qurban əti xüsusi səbətlərdə qablaşdırılır və qeyri adi dekorlarla hazırlanır.
Eyni zamanda burda həm də qurbanlıq heyvanlar da bəzədilir. Onlar üçün əl işləri ilə bəzək əşyaları hazırlayır və müxtəlif aksesuarlardan istifadə edirlər.
Qeyri-adi şəkildə bəzədilən qurbanlıqların xınaları da çəkiləndən sonra tam hazır vəziyyətdə qız evinə aparılır.
Mənbə:> XəzərXəbər