Bakıda əcnəbi xanımı barda döydülər
Küveyt vətəndaşı olan xanım Bakıdakı barlardan birində döyülüb.
AzNews.info qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hospitaldan Xətai Rayon Polis İdarəsinə məlumat daxil olub.
Belə ki, Bulvar oteldə müvəqqəti yaşayan Küveyn vətəndaşı Elamar Rabaa Abudimehram qızı 23:00 radələrində İçəri Şəhərdə yerləşən adını bilmədiyi bir barda döyülərək baş və üz nahiyələrindən xəsarət alıb. Müvəqqəti yaşadığı otelin qarşısında tapılan qıza tibbi yardım göstərilib.
Mənbə:> Qafqazinfo.az