Bakıda barda dava düşdü
Bakıda barda dava olub.
AzNews.info xəbər verir ki, Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Puşkin küçəsi 2 ünvanında yerləşən barda qeydə alınıb.
Barın işçiləri ilə müştərilər arasında düşən mübahisə sonunda davaya səbəb olub. Nəticədə barın işçiləri müştərilərdən biri, Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü İlkin Vəzir oğlu Qəhrəmanovu döyərək ona ağır bədən xəsarətləri yetiriblər.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> APA