Toya hazırlaşan gənc nişanlısı ilə mübahisədən sonra özünü asıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Toya hazırlaşan gənc nişanlısı ilə mübahisədən sonra özünü asıb

Toya hazırlaşan gənc nişanlısı ilə mübahisədən sonra özünü asıb


Paytaxtın Sabunçu rayonunda nişanlısı ilə mübahisə edən gənc oğlan özünü asıb.

AzNews.info-nun Report-a istinadən məlumatına görə, Ramana qəsəbəsi “Südçülük” sovxozu kimi tanınan ərazidə yaşayan 1994-cü il təvəllüdlü Arazlı Tural Vüqar oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Onun qohumlarının sözlərinə əsasən, Tural Arazlı sonuncu dəfə nişanlısı ilə mübahisə edib. Bundan sonra, o, heç kimə heç nə demədən özünü həyətyanı sahədə asıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, sentyabrın 6-da Tural Arazlının toy mərasimi olacaqdı.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *