Bakıda 32 yaşlı gənc özünü asdı
Paytaxtın Suraxanı rayonunda bir nəfər özünü asaraq intihar edib.
"Report"un xəbərinə görə, Bülbülə qəsəbəsi, Hacı Axundlu küçəsi, ev 12-də yaşayan 1984-cü il təvəllüdlü Əsədov Vaqif Oleq oğlu özünü asaraq intihar edib.
Faktla bağlı Cİnayət Məcəlləsinin 125-ci (özünü ölüm həddinə çatdırma) maddəsilə ilə cinayət işi başlanıb.
Mənbə:> Report