Bakı metrosunun sabiq rəisi vəfat etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakı metrosunun sabiq rəisi vəfat etdi

Bakı metrosunun sabiq rəisi vəfat etdi


“Bakı Metropoliteni”nin sabiq rəhbəri Vahid Nadirli vəfat edib.

AzNews.info APA-ya istinadla xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC tərəfindən rəsmi mətbuatda yayılan elanda deyilir.

“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və kollektivi qurumun sabiq rəisi Vahid Nadirlinin vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir”, - deyə dövlət müəssisəsinin elanında qeyd edilib.

Qeyd edək ki, Vahid Nadirli 1946-cı ildə Bakı şəhərində anadan olub. O, əmək fəaliyyətinə 1966-cı ildə Azərbaycan Dəmir Yollarında başlayıb. Burada müxtəlif vəzifələrdə çalışan V.Nadirli 1987-ci ilin fevralın 21-də Bakı metrosunun rəisi təyin olunub və 1993-cü ilədək bu vəzifəni tutub.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *