Əməkdar mədəniyyət işçisi Vaqif Babayev vəfat etmişdir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Əməkdar mədəniyyət işçisi Vaqif Babayev vəfat etmişdir

Əməkdar mədəniyyət işçisi Vaqif Babayev vəfat etmişdir


2016-cı ilin 16 avqust tarixində Babayev Vaqif Baba oğlu uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.

Vaqif Bababyev 05 mart 1943-cü il tarixində Bakı şəhərində anadan olub. O, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. V.Babayev müxtəlif vaxtlarda Azərbaycan Dövlət Konservatoriyasında, Dövlət Teleradio Verilişləri Şirkətində, Əlcəzair Demokratik Xalq Respublikaasının Milli Musiqi İnstitutunda, Dövlət Kamera Orkestrində, Azərbaycan Bəstəkarlar İttifaqında, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrində, Suriya Ərəb Respublikasının Ali Musiqi İnstitutunda, Bakı Musiqi Akademiyasında orkestr artisti və müəllim vəzifələrində çalışmışdır O, uzun müddət Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin Təhsil sektorunun müdiri vəzifəsində işləmişdir. 2013-cü ildə “Əməkdar mədəniyyət işçisi” mükafatına layiq görülmüşdür.

Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi Nazirliyin sabiq əməkdaşı Babayev Vaqif Baba oğlunun vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *