Məşhur azərbaycanlı memar vəfat edib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

Məşhur azərbaycanlı memar vəfat edib

Məşhur azərbaycanlı memar vəfat edib


2016-cı ilin 12 avqust tarixində memar Məmmədov Fazil Qulam oğlu uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.

AzNews.info xəbər verir ki, Fazil Məmmədov 06 aprel 1949-cu ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. Uzun illər müxtəlif yerlərdə rəhbər vəzifələrdə çalışmış F.Məmmədov bir neçə il Mədəniyyət və Turizm Nazirliyində Mədəni İrs şöbəsində çalışmışdır. Fazil Məmmədov Azərbaycan Memarlar İttifaqının üzvü olmuşdur.

Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi Nazirliyin sabiq əməkdaşı Məmmədov Fazil Qulam oğlunun vaxtsız vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *