Sumqayıtda vəfat edən FHN əməkdaşının fotosu – FOTO
Sumqayıt şəhərində kanalizasiya quyusuna düşən şəxs və onu xilas etməyə çalışan FHN əməkdaşı ölüb.
AzNews.info Sumqayıtda baş vermiş faciə zamanı vəfat edən FHN əməkdaşı Ruslan Məmmədovun fotosunu əldə edib.
Fotoda soldan birinci şəxs məhz həmin Ruslan Məmmədovdur:
Qeyd edək ki, Sumqayıt şəhərində kanalizasiya quyusuna düşən şəxs ölüb. Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt Regional Mərkəzinin həmin şəxsi xilas etmək üçün quyuya düşən bir əməkdaşı da qazdan boğularaq dünyasını dəyişib, daha üç əməkdaş isə zəhərlənib.
Hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb.
Sumqayıt şəhər Səhiyyə İdarəsindən SalamNews-a verilən məlumata görə, FHN-in əməkdaşı Məmmədov Ruslan dünyasını dəyişib, nazirliyin digər 4 əməkdaşı - Əliyev Ayaz, Məmmədov Natiq, Əhmədov Namiq ağır, Bağırov Zahir isə orta-ağır vəziyyətdədir. Həyatını itirmiş mülki vətəndaşın isə şəxsiyyətini müəyyən etmək hələlik mümkün olmayıb.
Mənbə:> AzNews.info