Azərbaycanda istirahət mərkəzində növbəti faciə - 10 yaşında öldü...
Xudat şəhəri, Müqtədir qəsəbəsində 10 yaşlı uşaq hovuzda boğulub.
AzNews.info-nun APA-ya istinadən məlumatına görə, Tovuz rayon sakini 2007-ci il təvəllüdlü Bədirov Nihat Xəyal oğlu istirahət mərkəzlərinin birinin hovuzunda çimərkən boğulub.
Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Meyit müayinədən keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.
Mənbə:> APA