Qızmar hava çaylarda suyun azalmasına səbəb olacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Qızmar hava çaylarda suyun azalmasına səbəb olacaq

Qızmar hava çaylarda suyun azalmasına səbəb olacaq

“Bu il iyul ayının əvvəlindən başlayaraq Azərbaycanda havanın temperaturu digər illərin müvafiq günlərinə nisbətən 1-2 dərəcə yüksəkdir”.

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

O bildirib ki, bununla belə, iyul ayının orta aylıq temperaturunun Bakıda 26-27 dərəcə, Mərkəzi Aran rayonlarında isə 27-28 dərəcə olacağı proqnozlaşdırılır.

Direktor müavinin sözlərinə görə, havanın qızmar keçməsi Azərbaycanın hidrologiyasına xeyli dərəcədə təsir göstərəcək: “Çaylarda, xüsusilə Türyançay, Vəlvələçay, Qusarçay, Girdimançay çaylarında suyun miqdarının azalması gözlənilir. Təbii ki, bu da ümumi su ehtiyatlarına təsir edəcək”.

“Bu il Azərbaycanda quraqlıq olacaqmı” sualına cavab olaraq M. Həsənov qeyd edib ki, 5-6 gün ərzində havanın orta günlük temperaturu 35 dərəcədən yuxarı, havanın nisbi rütubəti 30 faizdən aşağı olsa, torpağın üst qatında rütubətin miqdarı azalsa, quraqlığın olması mümkündür.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *