Azərbaycanda dözülməz isti hava avqustun 5-dək davam edəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda dözülməz isti hava avqustun 5-dək davam edəcək

Azərbaycanda dözülməz isti hava avqustun 5-dək davam edəcək


“Azərbaycanda hava şəraitinin yağmursuz və isti keçməsi ilə əlaqədar Kür, Araz və Qanıx çaylarında, habelə bəzi dağ çaylarında sululuğun azalması gözlənilir”.

AzNews.info xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

O bildirib ki, hazırda dağ çaylarında suyun səviyyəsində kəskin azalma müşahidə olunur:

“Müşahidə apardığımız çaylarda quruma prosesi getmir. Çaylarda su var, ancaq çayın bəzi yerlərində məcra çox böyük olur ki, daha çox həmin yerlərdə quruma baş verir”.

Baş hidroloqun sözlərinə görə, Azərbaycanda müşahidə olunan isti və yağmursuzhava şəraitinin avqustun 5-dək davam edəcəyi gözlənilir.

A.Verdiyev qeyd edib ki, avqustun 5-dək Naxçıvan Muxtar Respublikasında və bəzi Aran rayonlarında havanın temperaturu gündüz saatlarında 35-40 dərəcə, bəzi yerlərdə 43 dərəcəyə yüksələcək:

“Bakı və Abşeron yarımadasında dahavanın maksimal temperaturunun gündüz 35-39, bəzi yerlərdə 40 dərəcəyədək yüksəlməsi gözlənilir”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *