Bakıda yağmursuz hava olacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıda yağmursuz hava olacaq

Bakıda yağmursuz hava olacaq


Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava müşahidə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova ANS PRESS-ə açıqlamasında bildirib ki, səhər bəzi yerlərdə zəif duman olacaq, gündüz cənub küləyi əsəcək.

Gecə 14-17°, gündüz 20-25° isti olacaq. Nisbi rütubət gecə 75-85%, gündüz 60-65%, atmosfer təzyiqi 767 mm civə sütunu olacaq.

Rayonlarda əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Aran rayonlarında gecə 12-17°, gündüz 20-25°, dağlıq ərazilərdə gecə 4-8°, gündüz 10-15° isti olacağı gözlənilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *