Sinoptiklər azərbaycanlılara “cəhənnəm istisi” vəd edirlər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sinoptiklər azərbaycanlılara “cəhənnəm istisi” vəd edirlər

Sinoptiklər azərbaycanlılara “cəhənnəm istisi” vəd edirlər

“Havanın temperaturu 40 dərəcəyə qədər artacaq”.

Bu il Azərbaycanda yay fəslinin əvvəlki illərə nisbətən isti olacağı gözlənilir.

Oxu.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənovun APA-ya bildirdiyinə görə, qışın və yazın müqayisəsi göstərir ki, yayda havanın temperaturunda keçən illərlə müqayisədə 1-2 dərəcə fərq olacaq.

Onun sözlərinə görə, ümumilikdə istilərin davamlı olacağını demək olmaz:

“Məsələn, keçən il iyulun 20-dən avqustun 20-dək ölkə ərazisində yağıntı olmadı, amma havanın temperaturu yüksək oldu. Bu il belə davamlı istilər gözlənilmir. Sadəcə müəyyən günlərdə havanın temperaturu 40 dərəcəyə qədər artacaq”.

M.Həsənov əlavə edib ki, bu il Azərbaycanda qış fəsli isti keçib. Onun sözlərinə görə, hətta bəzi günlərlə müqayisədə havanın temperaturu normadan yüksək olub:

“Davamlı soyuqlar, mənfi temperaturlar olmayıb. Yazda da hələlik istilər müşahidə olunur”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *