Bakının mərkəzində əxlaqsız qadınlar turistin başına oyun açdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Bakının mərkəzində əxlaqsız qadınlar turistin başına oyun açdı

Bakının mərkəzində əxlaqsız qadınlar turistin başına oyun açdı


İyunun 20-nə keçən gecə Bakıda qonaq olan iraqlı turist polisə müraciət edib.

AzNews.info lent.az-a istinadən xəbər verir ki, İraq vətəndaşı olan 1976-cı il təvəllüdlü Abdulməcid Manaf Abdulhəmid oğlu bildirib ki, dünən axşam saatlarında Fəvvarələr Meydanında intim xidmət təklif edən 3 qadınla tanış olub.

Daha sonra o, həmin qadınları Neftçilər prospekti 110 ünvanındakı binada kirayələdiyi mənzilə aparıb və eyş-işrət məclisi təşkil olunub. Gecə saat 03:30 radələrində isə 41 yaşlı iraqlı turist hamam otağında olarkən qadınlar onun içində 3 min manat olan pul kisəsini və telefonunu götürərək aradan çıxıblar.

Gecə yarısı polisə müraciət edən iraqlı turist olan-qalan pulunun qadınlar tərəfindən oğurlandığını və çıxılmaz vəziyyətdə qaldığını bildirib. O, həmin şəxslərin tutularaq məsuliyyətə cəlb edilməsini və oğurladıqlarını geri qaytarmasını xahiş edib.

Araşdırma aparılır.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *