Bakıda qadınlar arasında 16 min manat DAVASI
Bakı sakini borc verdiyi pulu geri ala bilmir.
AzNews.info-nun Lent.az-a istinadən məlumatına görə, bu günlərdə polisə müraciət edən Xətai rayon sakini, 1978-ci il təvəllüdlü Sevda Daşdəmirova bildirib ki, keçən ilin 25 noyabr tarixində metrostansiyalardan birinin qarşısında Mehriban və Natella adlı iki bacıya 16 min 400 manat borc verib.
Həmin vaxt onlar pulu iki ay müddətində qaytaracaqlarını bildiriblər. Lakin artıq 2 aydan çox keçməsinə baxmayaraq S.Daşdəmirovanın pulu qaytarılmayıb.
Şikayətçi polisdən məsələni həllində kömək etməsini xahiş edib. Araşdırma aparılır.
Mənbə:> Lent.az