Qızını universitetə düzəltmək üçün 2500 manat verdi
AzNews.info-nun lent.az-a istinadən məlumatına görə, polisə müraciət edən 1966-cı il təvəllüdlü Yusifova Reyhan Çingiz qızı bildirib ki, Ziya adlı şəxs onun xeyli miqdarda pulunu mənimsəyib.
Şikayətçi qeyd edib ki, keçən ilin aprelində həmin şəxslə Lermantov küçəsində görüşüb və qızını universitetlərdən birinə düzəltməsi üçün 2500 manat verib. Lakin Ziya adlı şəxs vədinə əməl etməyib və pulu mənimsəyib.
Mənbə:> Lent.az