Şahin Zəkizadənin xatirəsinə həsr olunmuş film çəkilib – VİDEO+FOTO
Şahin Zəkizadənin xatirəsinə həsr olunmuş qısametrajlı film çəkilib.
AzNews.info xəbər verir ki, Xülya adlanan film fiziki qüsurlu, psixolji problemləri olan insanın həyata baxışından bəhs edir. Onun hazırki durumunda, öz dünyasında baş verən hadisələr bəzən doğmaları tərəfindən belə, birmənalı olaraq normal qarşılanmır. Baş rolun qəhrəmanın bu hala necə düşməsi, onun yaşadığı hisslər filmdə tam, vizual olaraq tamaşaçıya çatdırılır.
Ssenari müəllifi Rüstəm Musayev olan filmin Quruluşçu Rejissoru və Quruluşçu Operatoru Namiq Zeynalovdur.
Psixoloji dram janrında çəkilmiş filmin rəng korreksiyası Dr.Nicat Zeynallı tərəfindən həyata keçirilib.
Rollarda Bəhruz Vaqifoğlu, Zülfiyyə Məmmədova, Sərdar Rüstəm, Röya Rüstəm, Bəhram Ouclu və Rəfiqə Məmmədova iştirak edib.
Mənbə:> AzNews.info