İctimai xadim Hacı Quliyevin Türkiyə səfəri nə ilə bağlıdır? – FOTO
Bu gün Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti, Dünya Gənclər Konseyinin başqanı, tanınmış ictimai xadimi Hacı Quliyev Türkiyəyə gedib.
Bu barədə ictimai xadimin mətbuat katibi Fuad Mədətov AzNews.info-ya açıqlamasında bildirib ki, H.Quliyevin Türkiyəyə səfərinin səbəbi orada dəvət olunduğu bir sıra telekanallarda iştirak etməsidir və Türkiyənin rəsmi şəxsləriylə görüşlərinin olmasıdır.
H.Quliyev Türkiyəyə DAMM və İctimai Nəzarət Koalisiyasının Xarici Əlaqələr Şöbəsinin müdiri Nəcəf Qənbərov ilə birgə səfər edib.
İctimai xadim bundan əvvəl də dünyanın bir çox ölkələrinə, xüsusiylə qardaş ölkə-Türkiyəyə dəfələrlə səfər edib. Onun səfərlərinin başlıca məqsədi Azərbaycan milli mədəniyyətinin təbliğ etmək və Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.
Mənbə:> AzNews.info