İlham Əliyev Türkiyəyə gedib – FOTO
Prezident İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində iştirak etmək üçün oktyabrın 9-da Türkiyəyə işgüzar səfərə gedib.
Oxu.Az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.
Azərbaycan Prezidentini Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
İlham Əliyev bu gün Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Görüş işçi nahar çərçivəsində keçiriləcək.
Qeyd edək ki, sabah Türkiyənin İstanbul şəhərində XXIII dünya enerji sammiti öz işinə başlayacaq.
Dünyanın 80 ölkəsindən 50 dövlət başçısının, 54 baş nazirinin, ümumilikdə 266 dövlət rəsmisinin qatıldığı sammitdə TANAP, TAP və “Türk axını” kimi nəhəng layihələrin müzakirəsi keçiriləcək.
Beynəlxalq tədbirin açılışını oktyabrın 10-da Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və baş nazir Binəli Yıldırım edəcək.
Mənbə:> Oxu.az