Parisin mərkəzində baltalı və tapançalı hücum – 5 MİLYON AVROLUQ QARƏT
Fransanın paytaxtı Parisin mərkəzində balta və tapança ilə silahlanmış 3 naməlum şəxs zərgərlik mağazasına hücum edib.
AzNews.info-nun məlumatına görə, soyğunçular müştərilərin də olduğu mağazaya daxil olaraq vitrinləri sındırıb, orada olan zərgərlik məmulatlarını aparıblar.
Polisin mağaza rəhbərliyinə istinadən verdiyi məlumata görə, mağazadan 5 milyon avro dəyərində zərgərlik məmulatları oğurlanıb.
Hazırda həmin şəxslərin tapılması istiqamətində araşdırmalar davam etdirilir.
Mənbə:> Trend