Yaponiyada ilk robotlaşdırılmış ferma açılacaq
Kənd təsərrüfatında ağır işlər robotların çiyninə düşəcək. Kiotoda dünyada ilk robotlaşdırılmış ferma açılacaq.
Oxu.Az bu barədə Life.ru-ya istinadən xəbər verir.
“Spread” şirkəti fermada Yaponiyada məşhur olan salat-latukun yetişdirilməsi üzrə işləri başa çatdırır.
Robotlaşdırılmış fermanın məhsuldarlığını günə 30 min baş kələm həcmində dəyərləndirirlər, məhsulun qulluğunu, yığımını və qablaşdrımasını robotlar həyata keçirəcəklər.
Mənbə:> Oxu.Az