Yaponiyada əlillər evinə hücum: Çoxlu sayda ölən var
Bıçaqla silahlanmış şəxs 26 iyulda səhər saatlarında əlillər evinə soxulub.
Ölənlər haqqında məlumatlar müxtəlif mənbələrdə 15-19 nəfər göstərilir.
Oxu.Az life.ru-ya istinadən xəbər verir ki, naməlum şəxsin hücum hədəfi Kanaqavada yerləşən əlillər üçün internat evi olub, bu barədə NHK telekanalı məlumat yayıb.
Bıçaqla silahlanmış şəxs 26 iyulda səhər saatlarında əllillər evinə soxulub.
Məlumata görə, polis 15 nəfərin öldüyünü, 45 nəfər yaralandığını təsdiqləyib. Daha öncə “Kyodo” agentliyi hücum nəticəsində 19 nəfərin öldüyü barədə məlumat yaymışdı.
Mənbə:> Oxu.az