Əməkdar artist oğlunun ölümündən danışdı
Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Əməkdar artist Rəhman Rəhmanov oğlunun ölümündən danışıb.
AzNews.info xəbər verir ki, “APA TV”-nin “Show time” verilişində qonaq olan aktyor oğlunun ölüm xəbərini eşidən gündən xəstəliyə düşdüyünü deyib.
“Oğlumun faciəvi ölümünə pis oldum. Onun ölümündən sonra xəstəliyə tutuldum. Şəkər xəstəsi oldum. Onun vəfat etməsi xəbərini qəfildən dedilər, həmin anda da bədənimdə dəyişiklik hiss etdim. Oğlum çox gözəl müğənni idi. Evləndirmişdim, çox gözəl ailəsi var idi. Övladımı heç nədən itirdim. Ev tikdirirdik, ikinci mərtəbəsi qurulurdu. Evin içindən də pilləkən qaldırıldı. O pilləkən də tam qurulmamışdı. Yerdən 3 metr məsafədə idi. Oğlum o pilləkəndən yıxılıb, başına daş batdı. Və həmin an daş da düz şah damarını kəsdi. Və heç cür biz onu xilas edə bilmədik. Həyatımın ən çətin dövrü bu idi”, - deyə o vurğulayıb.
Mənbə:> APA