Səudiyyə Ərəbistanı futbolçusunu İslamiadada ölümdən qurtardılar – VİDEO
Dəhşətli hadisə Bakıda IV İslam Həmrəyliyi Oyunlarının futbol matçlarının qrup mərhələsində baş verib.
AzNews.info 1news.az-a istinadən xəbər verir ki, Kamerun və Səudiyyə Ərəbistanı arasında keçirilən matçda top uğrunda mübarizədə komandaların iki futbolçusu - Mouqni Baqnak və Məhəmməd Kanno toqquşublar.
Hadisə nəticəsində Səudiyyə Ərəbistanının komandasının kapitanı Kanno qazonun üzərinə yıxılıb. Kamerun futbolçusu ona dilinin qatlanmasına mane olub. Futbolçu oyunu davam edə bilməyib və xəstəxanaya çatdırılıb.
Mənbə:> 1news.az