İslamiadada kamerunlu məşqçi sevincindən xəstəxanalıq oldu
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarında iştirak edən Kamerun U-23 millisinin baş məşqçisi Riçard Tova ölümdən dönüb.
Apasport.az saytının məlumatına görə, bu barədə Kamerun mətbuatına milli komandanın həkimi Tamo Moktama açıqlama verib.
O bildirib ki, baş məşqçi Mərakeşlə oyunun 31-ci dəqiqəsində komandası hesabı açdıqdan sonra sevincindən huşunu itirib. Onu əvvəlcə stadionun tibb məntəqəsinə, daha sonra isə təcili xəstəxanaya aparıblar.
Kardiologiya şöbəsinə yerləşdirilən və müayinə olunan afrikalı çalışdırıcının hazırda vəziyyəti yaxşıdır.
Qeyd edək ki, Kamerun – Mərakeş matçı 1:1 hesablı bərabərliklə başa çatıb.
Mənbə:> Apasport.az