Regionlarda “Olympic Moves” » AzNews.info -Xəbər portalı

Regionlarda “Olympic Moves” – FOTO

Regionlarda “Olympic Moves”


“Olympic Moves” layihəsi çərçivəsində məktəblilərin respublika birinciliyinin regionlar üzrə rayondaxili mərhələsi başa çatdı

AzNews.info xəbər verir ki, Azərbaycan Respublika Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi,Gənclər və İdman Nazirliyi, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə təfərdaşlığı ilə həyata keçirilən məktəblilərin “Olympic Moves” layihəsi çərçivəsində məktəblilərin respublika birinciliyinin regionlar üzrə rayondaxili mərhələsi başa çatdı.

Regionlar üzrə yarışlara Gəncə, Sumqayıt şəhərlərinin və Göygöl rayonunun məktəbliləri cəlb olunub.

Lahiyənin proqramına daxil olan 5 idman növü - voleybol 2x2, basketbol 3x3, badminton, atletika və veloidman - üzrə yarışlarda regionlardan birinci yeri tutan məktəblərin komandaları Respublika birinciliyi mərhələsində iştirak haqqı qazanıb.

Rayondaxili mərhələdə regionlardan 112 məktəbdən 24192 şagird iştirak edib. Ümumilikdə 5 idman növü üzrə ilk birinci yeri tutan 20 məktəbin komandaları finalda özlərini sınayacaqlar.

Oyunlar idman növləri üzrə təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunub.

Qaliblər təşkilat komitəsinin təsis etdiyi kubok və diplomlarla təltif edildi.

Bundan əvvəl Bakı şəhərində rayondaxili mərhələ başa çatıb və bu mərhələdə paytaxtda qalib adını 60 məktəb qazanıb.

“Olympic Moves” ümümtəhsil məktəblərində sağlam və aktiv həyat tərzinin təşviqi, olimpiya idman irsinin davam etdirilməsi, Olimpiya İdman Komplekslərindən və idman bazalarından səmərəli istifadə edilməsi məqsədi ilə keçirilir.

Qeyd edək ki,"Olympic Moves" proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşməsini təmin edir.

Regionlarda “Olympic Moves”
Regionlarda “Olympic Moves”

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *