Rusiyada ekstremist elan edilən təriqət Bakıda nə axtarır… » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Rusiyada ekstremist elan edilən təriqət Bakıda nə axtarır…

Rusiyada ekstremist elan edilən təriqət Bakıda nə axtarır…

Bu günlərdə Rusiya Ali Məhkəməsi “Yehovanın şahidlərinin Rusiyadakı idarəetmə mərkəzi”nin fəaliyyətinin ekstremist xarakterli olması barədə qərar qəbul edib. Məhkəmənin hökmü ilə mərkəzin fəaliyyəti qadağan olunub.

Virtualaz.org xəbər verir ki, “Yehovanın Şahidləri”nin bununla bağlı beynəlxalq təşkilatlara göndərdiyi müraciətində qərarın tətbiqindən sonra Sankt-Peterburq yaxınlığındakı yerli baş idarəsi bağlanacağı, təşkilatın 400-ə yaxın qeydiyyatdan keçmiş yerli dini icması ləğv olunacağı, ümumilikdə 2300-dən çox yığıncağın fəaliyyətinin dayandırılacağı, filial binaları və ölkənin hər yerində yerləşən ibadət evlərinin dövlət tərəfindən müsadirə ediləcəyi göstərilir. Beynəlxalq təşkilatlardan dəstək xahiş olunur.

Bundan əlavə məhkəmənin qərarına uyğun olaraq Rusiya ərazisində dini fəaliyyətlə məşğul olacaq yehovaçılar cinayət məsuliyyətinə cəlb olunacaqlar, onları gizli fəaliyyətə görə 2 ildən 6 ilədək həbs cəzası gözləyir.

Rusiya “Yehovanın şahidləri” ilə mübarizəyə 2004-cü ildən başlayıb. Həmin il təşkilatın rəsmi qeydiyyatı ləğv edilib. Lakin beynəlxalq təşkilatların tənqidi ilə dini icma 2010-cu ildə yenidən qeydiyyatdan keçməyə müvəffəq olmuşdu.

Rusiya məhkəməsinin təşkilat əleyhinə qərar çıxardığı bir vaxtda Yehovaçılar Bakıya üz tutub. Ötən həftə “Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının sədri Toni Breys və qurumun nümayəndəsi Mariyano Makiyas Quzman Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərovla görüşüb. Görüşdə Azərbaycandakı tolerantlıqlıqdan, həmrəylikdən söhbət açılıb. Halbuki təşkilatın ötənilki hesabatında Azərbaycan dini dözümsüzlükdə günahlandırılıb.

Virtualaz.org saytı xatırladır ki, “Yehovanın şahidləri” icması 2002-ci ildə rəsmi qeydiyyatdan keçib. Lakin azyaşlıların dini təbliğata cəlb edilməsi, qanunsuz toplantıların keçirilməsi nəzərə alınaraq 2009-cu ildə qeydiyyat ləğv edilib. Buna baxmayaraq təşkilat fəaliyyətini davam etdirir.

“Yehovanın şahidləri”nin hesabatına nəzər salsaq, təşkilat üzvləri təkcə Rusiyada deyil, bir neçə ölkədə təqiblərə məruz qalıb. Məsələn, Rusiyanın qərarını qınayan ABŞ-da təşkilatın üzvləri ilə məhkəmə çəkişmələri dvam edir. Ukrayna, İordaniya, Koreya, Malavi, İsveçrədə də Yehovaçılar qanunlara hörmət etməməkdə günahlandırılaraq məhkəməyə verilib. Buna səbəb isə təriqət üzvlərinin inanclarıdır.

Yehovaçılar 15 prinsipə əməl edirlər - təriqət üzvlərinə hərbi xidmətə getmək, bayrağa and içmək, himn söyləmək, gəliri olduğu halda vergi vermək, onlardan olmayan birisi ilə ailə qurmamaq, bayramlara, şənliklərə qatılmaq qadağandır.

Yada salaq ki, 2014-cü ilin yanvar çağırışı dövründə “Yehovanın şahidləri” icmasının üzvü olan 5 gənc dini əqidəsini əsas gətirərək hərbi xidmətə getməkdən imtina etmişdi.

Bakıdakı “Yehovanın şahidləri” dini icmasının nümayəndəsi Kirill Aleksandroviç Stepanov mətbuata açıqlamasında irqi, dini və ya siyasi fərqlər zəminində dünyada baş qaldıran münaqişələrə qarışmadıqlarını, ermənilərə güllə atmaq istəmədiklərini bildirmişdi. “Yehovanın xalqı Əşiya 2:4 ayəsində yazılan “nizələrindən oraq düzəldəcək” və “artıq müharibə etməyi öyrənməyəcəklər” sözlərinə ciddi yanaşırlar. Yehovanın Şahidləri bitərəfliklərini qoruyub saxlayırlar”.

Ümumilikdə, indiyədək müxtəlif ölkələrdə 18 min yehovaçı hərbi xidmətdən yayındığı üçün cinayət məsuliyyətinə cəlb edilib. Həmçinin bayrağa and içilməsi, himn oxunması da onların əqidəsinə ziddir.

“Yehovanın Şahidlərinin istifadə etdikləri hüquqi şəxslər xeyriyyə təşkilatları kimi vergidən azaddırlar. Amma bəzən dövlət bizim vergidən azad olmaq statusumuzu qəbul etmir”, -təşkilatın hesabatında deyilir. Yehovaçıların Bakıda bir neçə ofisi var, onlardan biri 1 milyon 200 min dollara özəlləşdirilib. Təşkilatın hədəfi qadın və musiqiçilərin təbliğata cəlb edilməsidir. Rəsmi qeydiyyatda olmadığı halda təbliğat aparan təriqət üzvlərinin əksəriyyəti yeniyetmə qızlardır. Onlar xüsusilə Bakıətrafı kənd və qəsəbələrdə qapıları döyüb “xoşbəxtlik və cəhənnəm”dən bəhs edən kitablar paylayırlar.

Qeyd edək ki, “Yehovanın şahidləri” ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ünvanladığımız suallara cavab verilməyib. Komitədən suallarımızı cavablandıracaq əməkdaşın işdə olmadığını əsas gətirərək gözləməyi məsləhət biliblər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *