Bu il Azərbaycanda 22 dini qurum ləğv olunub
Lənkəran rayonu Liman şəhər məscidi dini icması (377 nömrəli, 29.06.2000-ci il tarixli şəhadətnamə ilə dövlət qeydiyyatına alınıb) təsisçilərinin ümumi yığıncağında 1 nömrəli protokol ilə həmin dini icmanın ləğv olunması barədə qərar qəbul edilib.
Aznews.info xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsi “Report”un məlumatını təsdiqləyib.
Komitədən bildirilib ki, vaxtı ilə Ədliyyə Nazirliyində qeydiyyata alınmış Liman şəhər dini icmasının ləğvinin səbəbi yeni dini icmanın yaradılmasıdır:
“Köhnə dini icmanın ləğvi barədə mətbuatda elan verilib, lakin prosedur hələ başa çatmayıb. Belə ki, dini icma dövlət qeydiyyatından çıxarıldıqdan sonra ləğv edilmiş sayılır”.
Dövlət Komitəsindən onu da bildiriblər ki, 2016-cı il ərzində 22 dini qurum ləğv olunub.
Mənbə:> Report.az