Evakuator maşınları ara küçələrdən də apara bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Evakuator maşınları ara küçələrdən də apara bilər – VİDEO

Evakuator maşınları ara küçələrdən də apara bilər

Bakının Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsinin sakinlləri iddia edir ki, bir aydan çoxdur şənbə və bazar günləri evakuatorlar həmin küçədə yol kənarında dayanmış avtomobilləri cərimə meydançasına aparır. Halbuki, sözügedən ərazidə heç bir dayanma və durmanı qadağan edən nişan yoxdur.

Sakinlər deyir ki, həyətləri olmadığından uzun illərdir avtomobillərini gecə-gündüz küçədə saxlayırlar. Amma bir aydan çoxdur gündüzlər növbəli şəkildə avtomobillərə keşik çəkirlər ki, evakuator aparmasın.

Çəkiliş zamanı sakinlərin dediyi yerdə dayanma və durmanı qadağan edən nişanın olmadığını biz də gördük. Nişan küçənin əvvəlində var ki, o da problemin yaşandığı əraziyə qədər olan hissədə qüvvədən düşür. Çünki həmin əraziyə qədər İsmayıl bəy Qutqaşınlı küçəsi bir neçə küçə ilə kəsişir.

Yol hərəkəti üzrə eksper Ərşad Hüseynov isə deyir ki, avtomobilin saxlanıldığı yerdən küçənin əks tərəfinə qədər olan məsafə 3 metrdən azdırsa, burda evakuator sürücüsü heç bir qanun pozuntusuna yol vermir. Çünki nişan az olduğundan ara küçələrə dayanma və durmanı qadağan edən nişanlar qoyulmur. Bunu bütün sürücülər bilməlidirlər ki, hərəkətin intensiv olduğu bəzi ara küçələr var ki, orda da avtomobili park etmək olmaz.

Mənbə: XəzərXəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *