İTV-nin baş direktoru vəzifəsinə müsabiqə elan edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Media

İTV-nin baş direktoru vəzifəsinə müsabiqə elan edildi

İTV-nin baş direktoru vəzifəsinə müsabiqə elan edildi

Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib.

Virtualaz.org-un məlumatına görə, müsabiqədə iştirak üçün tələblər aşağıdakılardır:

- Namizəd Azərbaycan vətəndaşı olmalı;

- Namizəd ali təhsilli olmalıdır.

Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər aşağıdakı sənədləri 12 aprel 2017-ci il tarixdən 22 aprel 2017-ci il tarixədək Milli Televiziya və Radio Şurasına təqdim etməlidirlər: Ərizə, şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti, tərcümeyi-hal, kadrların şəxsi uçot vərəqi və ali təhsil haqqında dövlət sənədi.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müəyyənləşdirildikdən sonra “İctimai Televiziya və Radio Yayımı haqqında” qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim ediləcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *