İTV əməkdaşının evinə basqın edildi
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) informasiya departamentinin böyük redaktoru Sərvər Bayramovun evinə basqın olub.
AzNews.info xəbər verir ki, bu barədə APA-ya məlumat verən S.Bayramov bildirib ki, təxminən saat 01 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsində olan evinin ikinci mərtəbəsində yatarkən birinci mərtəbədən səs-küy eşidərək aşağı enib. Bu zaman maskalı şəxslərin evi axtardığını görüb. Həmin şəxslər S.Bayramovu gördükdən sonra qaçıblar.
Hadisə barəsində Binəqədi rayon Polis İdarəsinə məlumat verilib.
Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.
Mənbə:> APA