Maskalı şəxslər yük avtomobilinə basqın edərək külli miqdarda pul apardılar » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Maskalı şəxslər yük avtomobilinə basqın edərək külli miqdarda pul apardılar

Maskalı şəxslər yük avtomobilinə basqın edərək külli miqdarda pul apardılar


Sumqayıtda maskalı şəxslər yük avtomobilinə basqın edib.

AzNews.info xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Tağıyev qəsəbəsi, Yaşma bağlar sahəsi ərazisində qeydə alınıb.

Xızı rayon sakini Eldar Mirzəyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə basqın edən üç maskalı şəxs onu döyüb.

Cinayətkarlar E.Mirzəyevin əllərini lentlə bağlayaraq avtomobildə olan külli miqdarda pulu götürüb hadisə yerini tərk ediblər.

Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *