“3 badam 1 qoz”da aktrisalar 300 manatlarını istəyir: “Altun pulumuzu versin” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kino, Maqazin, Foto, Video

“3 badam 1 qoz”da aktrisalar 300 manatlarını istəyir: “Altun pulumuzu versin” – QALMAQAL

“3 badam 1 qoz”da aktrisalar 300 manatlarını istəyir: “Altun pulumuzu versin”


Xəbər verdiyimiz kimi, “3 badam 1 qoz” filmində rol alan aktrisalara çəkilişin son gününün qonararlarının verilməməsi səbəbindən qalmaqal yaranıb.

Filmin baş prodüsseri Altun Mətləboğlu Cebhe.info-ya ilk açıqlamasında belə bir hadisənin baş vermədiyini, filmdə rol alan aktrisa və aktyor heyətinin bütün qonorarının son qəpiyinə kimi ödənildiyini desə də sonradan bunun yalnış olduğu aşkarlanıb. Redaksiyamıza müraciət edən aktrisalar - Cəmilə Tağızadə, Mila Əminə, Sevinc Şirinova baş prodüsserdən şikayətçi olduqlarını, onların qonararlarının ödənilmədiyini qeyd ediblər. Yenidən açıqlama verən Altun Mətləboğlu isə ötən müsahibəsindəki yanlışlığı düzəldərək məsələyə belə aydınlıq gətirib:

“Sadəcə olaraq onların 1 günlərinin pulu qalıb, o da həmin gün çəkiliş olmamışdı. Qızlardan ikisi demişdi ki, halal xoşunuz olsun. Sonradan halal etdiklərini təkzib edib həmən pulu istəyirlərsə, problem deyil, bir az da gözləsinlər, “Cinema plus” bizim pulu köçürən kimi ödəyəcəyik. Dost kimi halal etdiklərini yenidən istəyirlərsə, əməkdaşlıq etdiyimiz “Cinema plus” kassanı keçirən kimi ödənəcək. Mən bu məbləği ödəməyə hazıram. O ki qaldı halal etməyin düzgün olub- olmamasına, mən onlara iş yoldaşı kimi yanaşmamışam, dost kimi baxmışam. Dost dostu üçün ürəyini də halal edə bilər. İnanın səmimiyyətimə, heç o filmdən bir qəpik də götürməmişəm. Sadəcə ötən dəfə müsahibə verəndə aramızda razılaşma olmuşdu, halal etmişdilər deyə mən dedim ki, belə bir söhbət yoxdur. İndi yenidən istəyirlərsə, halallıq verdiklərini təkzib edirlərsə, mən bunu ödəyəcəyəm. Lakin onların filmin premyerasına qatılmamalarının səbəbi tamamilə biletlə bağlıdır. 10 ədəd bilet istəmişdilər, verə bilmədim deyə gəlmədilər. Qaldı ki dostluğa, mən kin saxlayan insan deyiləm, düşmən gözü ilə baxmıram. Allah yollarını açıq, uğurlarını bol etsin, istedadlı xanımlardır”.

Qonorarının bir qismi ödənilməyən akrisa Cəmilə Tağızadə ona pulunu halal etmədiyini bildirib:

“Mən şəxsən Cəmilə Tağızadə olaraq baş prodüsser Altuna halallıq verməmişəm və öz pulumu istəyirəm! Zəhmət çəksin, pulumu versin! Bununla da məsələ bağlansın! Neçə aydır ki, aktrisalar ilə birgə gözləyirik, səbr edirik, amma səbrimiz daha tükəndi, yetər! Heç kimə icazə vermirəm ki, mənim haqqımı tapdalasın! Zəhmət çəkib pulumuzu versin, çünki bu filmdə əziyyəti keçənlərdən biri mən idim və eyni zamanda da xanım aktrisalarımız idi ki, saatlarla çəkilişdə idik. Heç kimi də incitmədən, “kapriz” etmədən çəkildik, işimizi bitirdik də. Öz payıma düşən qonararımı istəyirəm, Altun gətirsin pulumuzu versin, vəssalam. Qala gecəsinə qatılmamağımın da böyük səbəbi pul məsələsi idi, bilet sadəcə onun bəhanəsi idi. Söhbəti və bu məsələni ağartmaq istəmədik, Altun ziyana düşməsin deyə. Bir halda ki, yaxşılığımızı başa düşmədi, demək bu cür danışmaq, məsələni həll etmək lazımıdır”.

“3 badam 1 qoz”da aktrisalar 300 manatlarını istəyir: “Altun pulumuzu versin”


Filmdə rol alan digər aktrisa Sevinc Şirinova isə ona ödəniləcək olan məbləğin daha çox olduğunu bildirib:

“Mən digər aktrisalarımızdan daha yaxın idim Altunla, dost idik. O qızların digər günlərinin pulunu verəndə razılaşdıq ki, əsas onların pullarında kəsir olmasın, biz dostuq, mən gözləyərəm. Mənim pulumdan 200 kəsdi onlara verdi, üstəgəl də son bir günün pulu 300 manat edir. Mən də ona görə razılaşdım. Dedim bir şərtlə sənə güzəştə gedirəm ki, pulumu gecikdirməyəcəksən və hamısını bir yerdə verəcəksən, razılaşdıq. Heç o bir günü də nəzərə almasaq, bu mənim halallıca zəhməthaqqımı da verməyib, ona görə də mən də əvvəlcə özünə dedim, sonra da sizə deyirəm ki, mənim 300 manat pulumu versin. Mən bir ay gözlədim, iki ay, üç ay, nə qədər gözləmək olar? Mən haqqımı tələb edirəm, bir günü də ona keçmirəm, 300 manat pulumu gətirib versin”.

“3 badam 1 qoz”da aktrisalar 300 manatlarını istəyir: “Altun pulumuzu versin”


Aktrisa Mila Əminə də pulunu ala bilməməsindən narazıdır:

“Bizim əvvəl münasibətlərimiz yaxşı olub. Həmin ərəfədə mülayim davranırdı bizimlə. Sonradan film tutdu, izləndi, sevildi, bizi saymamağa başladı. Zəng elədik, mesaj yazdıq, oxudu, cavab yazmadı. Bizim orda zəhmətimiz var, orda xəstələndik, min əziyyətlərə qatlaşdıq obrazı canlandırdıq. Həmin çəkiliş olmayan bir günü də çox zülm çəkdik. Soyuqda dona-dona səhərə qədər gözləmişik, amma indi bizim pulumuzu vermir. Bizim problemimiz Altunladır. Heç bir aktrisanın haqqını yemək olmaz”.

“3 badam 1 qoz”da aktrisalar 300 manatlarını istəyir: “Altun pulumuzu versin”


Yanvar ayının 14-dən kinoteatrlarda nümayişdə olan filmin pulunu hələ köçürməyən “Cinema Plus”la da əlaqə saxladıq. Kinoteatr əməkdaşı Bəhruz Cəfərzadə u barədə məlumat verə bilməyəcəyini, bunun sirr olduğunu söyləyərək “Cinema Plus” mərkəzinin adminstratoruna yönləndirdi. Özünü təqdim etməyən adminstrator isə sualı eşidər- eşitməz dərhal “Məlumatlar ancaq film sahibinə verilə bilər. Bu, kommersiya sirridir” dedi.


Mənbə: Cebhe.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *