Moldovalı siyasətçi: Bakıda mənim bütün pulumu əlimdən aldılar » AzNews.info -Xəbər portalı

Moldovalı siyasətçi: Bakıda mənim bütün pulumu əlimdən aldılar

Moldovalı siyasətçi: Bakıda mənim bütün pulumu əlimdən aldılar


Moldovalı iş adamı və siyasətçi, həmçinin “Olimpiya” futbol klubunun keçmiş prezidenti Sergey Kiselyev Bakıda qarət olunub.

AzNews.info Report-a xəbər verir ki, bu barədə o, “Moldova.sports” nəşrinə müsahibəsində bildirib.

İş adamı müsahibə zamanı jurnalistin “Sizin ən ağılasığmaz riskiniz necə olub?” sualına belə cavab verib:

“Riskli və ekstremal vəziyyətlər çox olub. Mən gənc olarkən, hərbi xidmətdən sonra şimalda işləyirdim və orada iki ilə 50 min Sovet rublu qazanmışdım. Həmin vaxtlar bu böyük məbləğ idi. Bu pula 3-4 yeni maşın almaq olardı. Evə qayıdarkən Bakıda oldum, orada məni soydular və bütün pullarımı əlimdən aldılar və mən şok vəziyyətində idim. Yadımdadır, itki ilə barışmaq mənim üçün necə çətin idi. Çünki iki il mən mədənqazmada işləmişdim, bu pullar mənə çox böyük zəhmət bahasına başa gəlmişdi. Bir anda isə məni qarət etdilər və hər şeyi əlimdən aldılar”.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *