Xaçmazda sürücü vəhşiliyi – VİDEO
Bu kadrlar Xaçmaz rayonunun Bakı prospektində çəkilib. Sürücü minik avtomobilinin üstündəki yük yerində heyvanlardan birini qanı axa-axa aparıb.
AzNews.info Xəzər TV-yə istinadən məlumat verir ki, mənzərəyə şahid olanlar və aidiyyatı qurumlar hadisəni pisləyiblər.
Görüntüləri izləyən ekspert Ərşad Hüseynov deyir ki, sürücü yol hərəkəti haqqında qanunun 57-ci maddəsini, yəni yükdaşıma qaydalarını kobud şəkildə pozub. Qanunda qeyd edilir ki, heyvanlar daşınarkən xüsusi qaydalara əməl edilməlidir. Sürücünün həmçinin sanitar-gigiyenik tələblərə əməl etməməsi də nəzərə alınmalıdır.
Avtomobilin dövlət nömrə nişanını araşdıran Xaçmaz Rayon Yol Polisi bölməsindən bildirilib ki, nəqliyyat vasitəsi rayonun Sayad kənd sakini Əliyeva Pərvər Mirzəbala qızına məxsusdur.
Məlum olub ki, videoda avtomobili idarə edən şəxsin buna icazə verən xüsusi etibarnaməsi yoxdur. Yol polisi həmin sürücü haqqında araşdırma aparılır.
Mənbə:> XəzərXəbər