Bakıda binalar mavi işıqla işıqlandırılacaq » AzNews.info -Xəbər portalı

Bakıda binalar mavi işıqla işıqlandırılacaq

Bakıda binalar mavi işıqla işıqlandırılacaq

Hazırda Azərbaycanda təxminən 5 min uşaq və yeniyetmə autizm sindromundan əziyyət çəkir. Ən pisi də odur ki, autizmin qurbanlarının sayı hər il artır.

Bu barədə virtualaz.org saytına Autizm- Defektoroloji və Psixoloji Yardım Mərkəzinin rəhbəri Çiçək Məmmədli məlumat verib.

Ç.Məmmədli deyib ki, aprelin 2-si Dünya Autizm Məlumatlandırma günü münasibəti ilə mavi işıqlandırma aksiyası keçiriləcək. “Hazırda dünya əhalisinin 1 faizi, yəni 70 milyon əhali autizmin qurbanıdır. Təəssüf ki, Azərbaycan da daxil olmaqla, əksər ölkələrdə autizm sindromu ilə doğulan uşaqların sayı artır. Autizmin yaranma səbəbi elmə tam məlum deyil. Bu sindromla bağlı əhalinin məlumatı da aşağı səviyyədədir”, - Ç.Məmmədli əlavə edib.

İnkişaf etmiş ölkələrdə autizm araşdırma və bərpa mərkəzləri fəaliyyət göstərir. Ümumiyyətlə, bu sindromla diaqnoz qoymaqda çətinliklər var: “Autizm sindiromu 3 yaşında özünü büruzə verir, yəni bu yaşından sonra diaqnoz qoyulur. Erkən müdaxilə nəticəsində autizm sindromlu uşaqların 90 faiz sağalma şansı var”.

Lakin hələlik autizmin müalicəsi baha başa gəlir. Üstəlik bu sahədə işləyə biləcək mütəxəssislərin sayı yetərli deyil. Hesablamalara görə, bu sindrom hər 1000 uşağın birində müşahidə olunur. Autizmli uşaqlar özünə qapanır, sanki ətraf aləmi görmür və eşitmir. Onlar gözə baxmır, göz ünsiyyətindən çəkinir, özünü görə bilmir, ətrafdan qaçırlar.

Bundan başqa, onlar öz aləmlərində olduqlarından ətrafda baş verənlərə diqqət etmir, öz-özlərinə yellənirlər. Bu uşaqlarda nitq inkişaf etmir, istəklərini dillə ifadə etmirlər. Hətta özlərinin qız və ya oğlan olmasını da dərk etmirlər. Bu problem ən çox oğlanlarda müşahidə olunur. Dəcəllik edir, bunun da əsas səbəbi ətrafdakıların diqqətini çəkmək olur. Yəni əgər ailədə o istədiyi diqqəti görməzsə, ətrafı dağıdır, özünə ziyan vurur ki, diqqət çəksin. Əslində nəyisə dağıtmaları onların ifadə dilidir, bununla var olduqlarını ətrafdakılara çatdırmaq istəyirlər.

Onu da xatırladaq ki, “mavi işıqla işıqlandır” aksiyası autizm xəstəliyi haqqında məlumatlandırmaya yönəldilmiş aksiyadır. Hər il bu aksiyaya146 ölkə, 650 şəhər qatılır. Azərbaycanda ilk dəfə bu aksiyaya Heydər Əliyev Fondu, BMT-nin Uşaq Fondu (UNİCEF) və Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi qatılıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *