Dünyaca məşhur “Relax Kids” artıq Azərbaycanda » AzNews.info -Xəbər portalı

Dünyaca məşhur “Relax Kids” artıq Azərbaycanda – FOTO

Dünyaca məşhur “Relax Kids” artıq Azərbaycanda


Dünyaca məşhur “Relax Kids” artıq Azərbaycanda da fəaliyyətə başlayıb. “Relax Kids Azerbaijan”da bağça və məktəbli uşaqlar, onların valideynləri, onlarla çalışan mütəxəssis personalı üçün Birləşmiş Krallığın təlimdə və təhsildə aparıcı əqli və mənəvi rahatlığı təmin edən innovativ metodikası vasitəsilə ilə qrup məşğələləri keçirilir. Məşğələlərdə uşaqların auitzm, hiperaktivlik, stres, yuxusuzluq problemi, travma, davranız problemləri, depressiya, qorxu, özünə əminsizlik, acıq və aqressiya kimi psixoloji problemləri həll edilir.

Həmçinin 0-3, 3-4 yaşlı uşaqlar üçün psixoterapiya, müxtəlif inkişafetdirici qruplar və 5-6 yaşlı uşaqlar üçün məktəbəqədər hazırlıq, psixoterapiya qrupları, məktəbli uşaqlar üçün isə intellekt inkişaf etdirən, psixoloji və terapevtik məşğələlər keçirilir.
Fərdi konsultasiyalar və qrup terapiyaları da təklif olunur.
2 yaşdan yuxarı – konsultasiyalar ingilis, rus və Azərbaycan dillərində aparılır.
Həmçinin mərkəzdə xarici vətəndaşlar üçün də psixoloji xidmətlər mövcuddur.

Dünyaca məşhur “Relax Kids” artıq Azərbaycanda


“Relax Kids Azerbaijan”ın səlahiyyətli nümayəndəsinin verdiyi məlumata görə, “Relax Kids” bir brenddir və ilk dəfədir Azərbaycandadır:

“0-18 yaş arası uşaqların hər hansı bir psixoloji problemi və ya əqli, xüsusi diaqnozları: Autizm, daun sindrom, hiperaktivlik, uşaq serebral iflici və s. bərpası üçün artıq birlikdə çalışacağıq. Beynəlxalq qiymətləndirmə formaları (inkişafı ölçən) və metodikalar vasitəsilə uşaqlara artıq daha yaxşı qayğı göstərərək onların inkişaflarına dəstək verəcəyik”.
AzNews.info-yo veriıən məlumata görə, “Relax Kids Club”-un uşaq üçün pedoqoji hazırlıq xidmətləri də var. Pedoqoji hazırlıq qruplarına:
- Məktəbə Hazırlıq 5-6 yaş;
- İbtidai sinif hazırlığı 1-4 siniflər
Məşğələlər bu istiqamətlərdə aparılacaq:
- Məktəbə psixoloji hazırlıq (yaddaş, təfəkkür, diqqət və sosial bacarıqların inkişafı)
- Kiçik motorikanın inkişafı;
- Ünsiyyət/Sosial/Emosional bacarıqların inkişafı;
- Özünəinam və özünəhörmət hissinin artırılması;
- Komplekslərdən azad olma;
- Həyəcan, qorxu və aqressiyanın aradan qaldırılması;
- İnkişafdan geriliyin korreksiyası;
- İntellektual bacarıqların inkişafı;

Həmçinin uşaq və böyüklər üçün psixoloji konsultasiya xidmətləri də təklif olunur.

Ünvan: Bəsti Bağırova küçəsi 12. Dövlət Statistika Komitəsinin qarşısında, “Azercell”in binasının yanında – Maryam Plaza, 2-ci mərtəbə.
Telefon: 051 877 65 78

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *