Sabirabadda evdə partlayış olub
Sabirabad rayonunda evdə yanğın hadisəsi baş verib.
Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış qeydə alınıb.
Nəticədə evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə:> Oxu.Az