Əfqanıstanda aerodroma silahlı basqın olub
Əfqanıstanın Xost əyalətində silahlı şəxslər hərbi aerodroma hücum ediblər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Tolo News telekanalı məlumat yayıb.
“Bir neçə silahlı şəxs Xost əyalətindəki aerodroma hücum edib. Qarşıdurma davam edir”, - telekanal Twitter hesabında yazıb.
Ölən və yaralananlar haqqında məlumat yoxdur.
Mənbə:> Oxu.Az