Türkiyədə terror aktı nəticəsində ölən və yaralananlar var
PKK terrorçuları hərbçilərə qarşı silahlı hücum həyata keçirib.
Türkiyənin Diyarbəkir vilayətinin İlçe rayonunda terror aktı törədilib.
Oxu.Az cnnturk-ə istinadən xəbər verir ki, PKK terrorçuları Silvan rayonundakı su anbarının tikintisinin təhlükəsizliyini təmin edən hərbçilərə minaatanlardan hücum edib.
Silahlı hücum nəticəsində bir hərbçi ölüb, biri yaralanıb.
Türkiyə təhlükəsizlik qüvvələri terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə genişmiqyaslı əməliyyata başlayıb.
Mənbə:> Oxu.az