Smart-kart sayğaclarda borcun yaranmasına aydınlıq gətirildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Smart-kart sayğaclarda borcun yaranmasına aydınlıq gətirildi

Smart-kart sayğaclarda borcun yaranmasına aydınlıq gətirildi

Abonentlər smart-karta borc yazıldığından narazıdırlar.

Bu barədə “Qafqazinfo”ya müraciət edən abonetlər bildiriblər ki, son aylar smart-kart tipli sayğaclarda borc yaranır.

Onlar bildirir ki, məntiqi baxımdan bu sayğaclarda borc yaranması mümkün deyil. Çünki sayğaca yüklənmiş məbləğ başa çatan kimi avtomatik olaraq elektrik verilişi dayanır: “Ancaq biz poçta pul ödəyəndə deyirlər ki, kartda borc var. Bu necə ola bilər?”.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlanılıb.

O qeyd edib ki, 8-10 il əvvəl regionlarda və həmçinin əvvəlki “Sumqayıtelektrikşəbəkə” tərəfindən quraşdırılan smart-kart tipli sayğaclarda differensial tarif onlayn rejimdə dəstəklənmədiyi üçün istehlakçının bir ay ərzində limitdən artıq istifadə etdiyi elektrik enerjisinin dəyəri (300 kilovat-saat) növbəti ayda abonentin kartına hesabat ayı bitdikdən sonra yüklənir: “Burada qanunsuz heç nə yoxdur”.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *