“Azəriqaz” balansın artırılmasına limit tətbiqinə aydınlıq gətirdi
“Azəriqaz” İstehsalat Birliyi (İB) “smart” tipli sayğaclarda balansın artırılmasına limit tətbiq edib.
Oxu.Az xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev “APA-Economics”ə açıqlamasında bunu təsdiqləyib.
Qurum rəsmisi bildirib ki, aylıq limitin məbləği 200 manat təşkil edir. Bununla yanaşı, İ.Kərbəlayev qeyd edib ki, limit müvəqqəti xarakter daşıyır.
“Əhali abonentləri tərəfindən 1 ay müddətində istehlak olunan təbii qazın maksimal həcmi hesablanıb və 200 manat məbləğində limit tətbiq olunub.
Bunun səbəbi ilin sonunadək proqram təminatında yenilənmənin aparılmasıdır. Gələn ilin yanvar ayının 1-dən etibarən limit aradan qaldırılacaq. Limitin tətbiq olunmasına səbəb, həmçinin Tarif Şurasının müvafiq qərarından yayınma hallarının qarşısını almaqdır”, - deyə o bildirib.
Mənbə:> Oxu.az