Ümrə ziyarətinə növbəti qrupun yola düşəcəyi vaxt açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Ümrə ziyarətinə növbəti qrupun yola düşəcəyi vaxt açıqlandı

Ümrə ziyarətinə növbəti qrupun yola düşəcəyi vaxt açıqlandı

Azərbaycandan Ümrə ziyarətinə növbəti qrup martın 17-də yola düşəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Report-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.

Onun sözlərinə görə, bu dəfə Səudiyyə Ərəbistanına 60 nəfərlik qrup gedəcək: “Bəzi insanlar işlə əlaqədar vaxtları olmadığından Ümrə ziyarətini Novruz bayramı tətili günlərində həyata keçirirlər”.

H.Babayev bildirib ki, Ümrə ziyarətinə bu dəfə gedən qrupun 50 faizi 2230, 50 faizi isə 1590 dollarlıq xidmət paketindən istifadə edib.

QMİ rəsmisi Azərbaycandan bu mövsüm ümumillikdə 260 nəfərin Ümrə ziyarətinə getdiyini də vurğulayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *