Həcc və Ümrə ziyarətinə getmək istəyənlərin
Səudiyyə Ərəbistanına Həcc və Ümrə ziyarətinə ikinci dəfə gedənlər əlavə 530 dollar ödəməli olacaqlar.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hicri-qəməri təqvimi ilə 1438-ci ilin məhərrəm ayının 1-dən etibarən ikinci dəfə Həcc ziyarətinə gedəcək olanlardan əlavə pul alınmasını nəzərdə tutan sənəd təsdiqlənməsi üçün ölkə kralı Salman Əbdüləzizə təqdim edilib.
Səudiyyə Ərəbistanının Hicaz bölgəsinin mehmanxana və ticarət obyektlərinin sahibləri qərar təsdiq ediləcəyi təqdirdə müştərilərini itirəcəklərini bildiriblər. Müştərilərinin yarısının təkrar gələn insanlar olduğunu deyən sahibkarlar son beş ildə onsuz da zəifləyən işlərinin bu qəradan sonra daha da çətin vəziyyətə düşəcəyini vurğulayıblar.
Mənbə:> Oxu.az